CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası 50 milyondan çox soydaşımızı bir araya gətirib

Dekabrın 22-də Nəsimi Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən aztəminatlı ailələr və əlillər iştirak ediblər.