Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb

10.01.2019 [14:11]

Xəbərin mətni
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə Baş İdarəyə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev bir milyon saxta rus rublunu 8 min manata satmaq istəyən zaman saxlanılıb.