CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib. Universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev bildirir ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilir. Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar.