QAN YADDAŞI


Astanada Xocalı soyqırımı ilə bağlı klip təqdim olunub

Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib. Həmçinin tədbir çərçivəsində Xocalıya həsr edilən “Fevral ildırımı” adlı video klipin təqdimatı olub.