CƏMİYYƏT


Lənkəran sakinindən “Makarov” markalı tapança götürülüb

Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.