CƏMİYYƏT


Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” aprelin 22-dən mayın 21-dək Kürdəmir və Beyləqan rayonlarında, o cümlədən Xırdalan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.