CƏMİYYƏT


Azərbaycan səfirliyində Macarıstanın ilk kosmonavtı ilə görüş keçirilib

Macarıstanın ilk kosmonavtı Bertalan Farkaşla Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində görüş keçirilib. Görüşdə səfirliyin əməkdaşları ilə yanaşı, Budapeştdə təhsil alan tələbələr də iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev Sovet İttifaqı Qəhrəmanı və Macarıstan Xalq Respublikası Qəhrəmanı F.Bertalanın həyatı barədə məlumat verib və onun 1980-ci ilin may ayın 26-dan iyunun 3-nədək Salyut-36 orbital stansiyasına uçuş mühəndisi kimi yollandığını qeyd edib.