CƏMİYYƏT


Qubada brilliantı 163 min manata satmaq istəyən dəstə üzvləri saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində brilliant daş-qaşı satmaq istəyən dəstə üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, külli miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşı rayon ərazisində satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.