CƏMİYYƏT


Avqust ayı ərzində nikaha daxil olmaq istəyən 12 nəfərdə isə QİÇS aşkar edilib

Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 53 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkar edilib.
Bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 9 687 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 286 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib.