MƏDƏNİYYƏT


Emin növbəti "Jara 2020" festivalının tarixini və proqramını açıqlayıb

Azərbaycanın Xalq artisti, müğənni Emin növbəti "Jara 2020" beynəlxalq festivalının tarixini və proqramını açıqlayıb. Festivalın açılışı 29 iyulda baş tutacaq. Növbəti gün isə Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. Festivalın üçüncü gün 90-cı illərin mahnılarına həsr ediləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq. Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır. Festival ənənəvi olaraq Bakıda, Sea Breeze istirahət zonasında keçirilir. 

 
 
 
View this post on Instagram

A post shared by eminofficial (@eminofficial) on