CƏMİYYƏT


Türkiyədən gələn həkim: Azərbaycanda koronavirusun müalicəsində müxtəlif müalicə üsullarından istifadə edəcəyik

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi çərçivəsində Azərbaycana gələn İzmir Tepecik Təhsil və Araşdırma xəstəxanasının pediatrı Nesiman Alılı jurnalistlərə müsahibəsində deyib.