CƏMİYYƏT


Tovuzda 5 otaqlı ev yanıb

Tovuzda yaşayış binasında yanğın baş verib.
Yanğın rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Belə ki, Arifə Qasımovaya məxsus 5 otaqlı evdə yanğın baş verib. Yanğın zamanı 130 kvadratmetr evin 35 kvadratmetri tamam yanıb.
Dərhal hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülərək qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Məlumata görə, yanğını evdə nəzarətsiz qalan azyaşlı törədib.