MƏDƏNİYYƏT


Abadlaşdırılan Bibiheybətdən görüntülər

Balaxanı qəsəbəsindən sonra Bibiheybət də yeni görkəm alır. Tarixi qəsəbəyə rəng qatılır, binaların fasadları yenilənir, qapı pəncərələr müxtəlif rənglərə boyanır, divarlara maraqlı rəsmlər çəkilir, pəncərələrin altına isə al-əlvan çiçəklər əkilir. Qəsəbədə yenidənqurma işləri davam etdirilir. Qısa zamanda işlərin tam yekunlaşdırılması və turistik məkana çevrilməsi planlaşdırılır.