CƏMİYYƏT


İƏT Gənclər Forumunun nümayəndə heyəti Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də Gəncəyə səfər edib.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.