Qusarda 65 yaşdan yuxarı 500-ə yaxın vətəndaş peyvənd olunub
18.02.2021 [11:43]
Xəbərin mətni
Qusar Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 65 yaşdan yuxarı 500-ə yaxın vətəndaş peyvənd olunub.
Xəstəxananın şöbə müdiri Natəvan Butayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevralın 8-dən etibarən COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunur. Xəstəxanada yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.