CƏMİYYƏT


Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”

"Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim", - bu sözləri Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova deyib. O öz sahəsində uğur qazanmış insanları birliyə çağıraraq, hamının əl-ələ verib Qarabağı cənnətə çevirəcəyinə əminliyini ifadə edib.