MƏDƏNİYYƏT


8 guşəli döşəmə, saraya xas çilçıraq- Dəbdəbəli metrostansiya

Dayandığım bu məkanı yəqin ki, Bakıda tanımayan yoxdur. Gənclər bura bəzən öz adı ilə deyil, tələbə məkanı, tələbə stansiyası da deyirlər. Bu da təbii ki, paytaxtın ən mühüm təhsil və elm ocaqlarının bu ərazidə yerləşməsi ilə bağlıdır. Elə stansiya da adını yaxınlıqda yerləşən Elmlər Akademiyasından alır. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin, ikincisi,  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qarşısında, daha biri isə Mətbuat prospekti istiqamətində İnformasiya Texnologiyaları Radiasiya institutunun qarşısındadır.