İDMAN


Azərbaycanda körlinq idman bölməsi açılıb

Azərbaycanda körlinq idman bölməsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub.
"Ocaq Sport" İdarə Heyətinin sədri Vəfa Bəkərova bu idman növünün inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: "Körlinq idman növünü klubumuzun nəzdinə yeni daxil etmişik. Artıq bununla bağlı məşqçi də dəvət olunub. Bu idman sahəsi Qış Olimpiya Oyunlarının proqramına da daxildir".