İDMAN


Azərbaycan amputant millisi ilə Türkiyə Silahlı Qüvvələrinin komandası arasında yoldaşlıq oyunu keçirilib

Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Yığmamız Türkiyə komandası ilə yoldaşlıq matçı da keçirib. Nazirlik Avropa çempionatında mübarizə aparacaq hər iki kollektivə uğurlar arzulayıb. Qeyd edək ki, Avropa çempionatı iyunun 1-8-i aralığında Fransada təşkil olunacaq. Azərbaycan yığması C qrupunda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparacaq.