CƏMİYYƏT


Kərəm Həsənov Şabranda vətəndaşların müraciətlərini dinləyib

Dövlət xidmətlərinin vətəndaşlara layiqli formada göstərilməsi, hər bir müraciətə həssaslıqla yanaşılması istiqamətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 29-da Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq elə həmin gün komitənin sədr müavinləri Rafiq Cəlilov Xızıda, Rüstəm Şahbazov isə Siyəzəndə vətəndaşlarla görüşüb.

Müraciət və təkliflərlə yerindəcə tanış olmaq, müvafiq problemləri operativ formada həll etmək, o cümlədən vətəndaş məmnunluğunu təmin etmək budəfəki qəbulda da ön planda olub. Fərdi qaydada dinlənilən vətəndaş müraciətləri əsasən daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.