CƏMİYYƏT


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə avqustun 7-də Oğuz şəhərində vətəndaşlarla görüşüb. Oğuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.