ELM VƏ TƏHSİL


Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn və ya qanuni nümayəndə tərəfindən üzrlü səbəb göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə elektron ərizə əsasında oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə bu barədə qəbz verilir