DÜNYA


İspaniyada "Qloriya" qasırğasında ölənlərin sayı 13 nəfərə çatıb

İspaniyada tüğyan edən “Qloriya” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, xilasedicilər hazırda hadisə nəticəsində 4 nəfər itkin düşənlərin axtarışlarını aparırlar. Güclü küləklə, qar və yağışla müşahidə edilən tufan təxminən 80 nəfərə xəsarət yetirib.