CƏMİYYƏT


Bakıda 14 dərəcə isti olacaq

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq.