CƏMİYYƏT


Qubada evdən oğurluq edən üç nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakin Xantəmir Səfixanov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini - zərərçəkənin qohumu Ramin Teymurxanov, Məhəmməd Məmmədov və Turqay Orucov saxlanılıblar.