CƏMİYYƏT


Kəlbəcər sakinləri: Biz evimizi dolu qoyub çıxmışdıq, ermənilər isə yandırıb çıxır

Noyabrın 15-dək Kəlbəcər rayonu Azərbaycana qaytarılmalıdır. Əldə edilən razılaşmaya uyğun olaraq ermənilər Kəlbəcər rayonunu tərk edirlər. Ermənilər rayonu tərk edərkən bütün əşyalarını özləri ilə götürməyə çalışır. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər. Onlar xüsusən də Kəlbəcərdə meşələrə və evlərəod vururlar. AZƏRTAC 28 ildir Kəlbəcər həsrəti ilə yaşayan Verdiyevlər ailəsi ilə görüşüb. Onlar dogma Kəlbəcərin təbiəti, Hacıkənddə keçirdikləri xoş günlər haqqında danışıblar. Erməni faşistlərinin rayonu işğal etməsi nəticəsində dogma yudlarından didərgin düşən ailə bir gün yenidən qayıdacaqları ümidi ilə evlərini, əşyalarını, mal-qaralarını, toyuq-cücələrini belə olduğu kimi qoyub rayonu tərk ediblər. Bu gün isə faşist ermənilər Azərbaycan torpaqlarından çıxarkən Kəlbəcərə ziyan verməkdən belə çəkinmirlər.