CƏMİYYƏT


Yaşayış yerini tərk edən COVID-19 xəstələrinin sayı artıb

Ölkəmizdə koronavirusa yoluxma sayının artması ilə barabər aktiv viruslu xəstələrin yaşayış yerlərini tərketmə halları da artıb. Polis bu məsələyənəzarət tədbirlərini gücləndirib. Yaşayış yerini icazəsiz tərk edən aktiv koronaviruslu xəstələr polis tərəfindən dərhal aşkar olunur.

Nurlan Əliyev DİN-in mətbuat xidmətinin əməkdaşı

Aktiv COVİD-19 xəstələri əgər yaşayış yerlərini tərk edirlərsə, onu anlamalıdırlar ki, heç bir xəstə, COVİD-19 daşıyıcısı polis əməkdaşlarından yayına bilməz. Həmin şəxslərin müəyyən olunaraq saxlanılması barəsində polis əməkdaşları qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görürlər.

Aktiv COVİD-19 xəstəsi  ictimai yerdə aşkar edilərsə,polis tərəfindən dərhal müəyyən olunaraq saxlanılır. Bu halda onları ya cərimə, ya da cinayət məsuliyyəti gözləyir. Ötən gün yaşayış yerlərini tərk edən 37 nəfər barəsində cinayət işi başlanıb.

Nurlan Əliyev, DİN-in mətbuat xidmətinin əməkdaşı

Dekabrın 14-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk etmiş 51 nəfər aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlardan 48 nəfəri evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi vətəndaşları daha məsuliyyətli olmağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.