CƏMİYYƏT


Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır

Azərbaycan ən ağrılı eyni zamanda qürurlu səhifərindən biri olan 20 Yanvar faciəsinin 31-ci ildönümüdür. Hər il yüzlərlə, minlərlə ziyarətçini qəbul edən Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb. Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Artıq bu gündən insanlar əllərində tər qərənfillərlə Şəhidlər xiyabanını ziyarət etməyə başlayıb.