CƏMİYYƏT


Vətəndaşın kartından oğurluq edən şəxslər saxlanılıb

Abşeron rayonu Ceyranbatan qəsəbəsində naməlum şəxslər bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 902 manat pulu ələ keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Kart sahibi Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan iki nəfərə müraciət edib. Həmin şəxslər kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat veriblər. Həmin şəxslər kartın sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar.