CƏMİYYƏT


Hadrutda erməni yalanının izləri

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində çox zəngin bizim alban irsinə aid maddi-mədəni abidələrimiz var. Bu abidələrdə bizim qeydə alınmış 144 alban dövrünə aid abidəmiz olsa da, əslində qeydə alınmamış daha çox abidə var. Çünki Sovet dövründə albanşünas alimlərin burada tədqiqatlar aparılmasına çox ciddi maneələr törədilirdi. Artıq bizim üçün çox geniş bir imkanlar yaranıb. İki əsrdən bəri ilk dəfədir ki, Azərbaycan alimləri burda obyektiv tədqiqatlar aparmaq imkanı qazanacaqlar. Ona görə də Alban kilsələrində xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun kilsələrində albanşünas alimlər, tədqiqatçılar geniş araşdırmalar aparacaqlar.