CƏMİYYƏT


“PALFLOT-2“ tankerindəki yanğının görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində yanğın baş verib. Tankerin 11 nəfərlik heyət üzvündən 10-u xilas edilib. Bir nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb. Hazırda yanğının söndürülməsi davam etdirilir...