Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ASAN Könüllüləri Lahıcda hərbi formatda təşkil olunmuş düşərgələrdə qalır

21.07.2016 [12:15]

Lahıcda təşkil olunan “Həmrəylik düşərgəsi” ASAN Könüllülərinin növbəti yay məktəbidir. Könüllülər 5 gün ərzində burada qalmaqla Lahıcın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, müxtəlif sosial aksiyalarda iştirak edəcək. Burada həmçinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti də göstərilir.