CƏMİYYƏT


Bakı Beynəlxalq Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq. Bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub.