CƏMİYYƏT


Təhsil naziri forumda iştirak edəcək məktəblilərlə görüşdü

Təhsil Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov uşaqların fəallığının təmin edilməsində belə görüşlərin əhəmiyyətini vurğulayıb. Təhsil naziri uşaqların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün belə forumların keçirilməsininin vacibliyini diqqətə çatdırıb.