CƏMİYYƏT


İsmayıllıda ikimərtəbəli fərdi yaşayış evi yanıb

Yanğın hadisəsi bu gün günorta saatlarında İsmayıllı şəhərinin Əbdülhəsən Ələkbərzadə küçəsində qeydə alınıb. Şəhər sakini 1984-cü il təvəllüdlü Babayev Vüsal Məmmədəmin oğluna məxsus ümumi sahəsi 126 kvadratmetr olan ikimərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.