CƏMİYYƏT


Yorucu reklam mesajları: Məsuliyyət kimin üzərinə düşür?

Gündəlik olaraq hər birimizin telefonuna reklam mesajları gəlir. Bir çox hallarda belə reklam mesajları abunəçilərin razılığı olmadan göndərilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədovun sözlərinə görə, mobil telefon nömrələrinə abunəçilərin razılığı olmadan reklam və çaşdırıcı xarakter daşıyan zənglərin və SMS-lərin gəlməsi, telefon nömrələrinin ödənişli xidmətlərə qoşulması və nəticədə həmin nömrələrin balansından gündəlik olaraq müxtəlif məbləğlərdə vəsaitin silinməsi ilə əlaqədar nazirliyə müraciətlər daxil olur.