CƏMİYYƏT


Xızı ərazisində aparılan təmizləmə işləri ilin sonunadək yekunlaşacaq

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ərazidə aparılan təmizləmə işləri ilin sonuna kimi tam yekunlaşacaq. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat üzrə mütəxəssisi İdris İsmayılov məlumat verib.