CƏMİYYƏT


Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Paytaxtın Nizami rayonunda qadının mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşının çevikliyi sayəsində zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.