CƏMİYYƏT


Sabunçuda çay evindən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.