CƏMİYYƏT


Qusarda əsgər və zabitlər üçün bayram konserti təşkil olunub

Dekabrın 24-də Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlər üçün bayram konserti keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil edilib.