CƏMİYYƏT


Güclü külək Göyçayda fəsadlar törədib

Güclü külək nəticəsində Göyçay şəhərinin ayrı-ayrı ərazilərində, eləcə də kəndlərdə elektrik verilişində problem yaranıb. Rayon ərazisində 3/10 kilovoltluq, 3 kənddə isə hər birində 1 ədəd olmaqla 10 kilovoltluq xətlər qırılıb, 6 elektrik dirəyi aşıb. Bu səbəbdən rayon üzrə elektrik verilişi tamamilə dayanıb.