CƏMİYYƏT


Son 4 gündə 31 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə son dörd gün ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 7,5 kiloqrama yaxın heroin, 23,5 kiloqramdan çox tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.