CƏMİYYƏT


Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi itkin düşən alpinistlərlə bağlı birgə məlumat yayıblar

Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, 2017-ci il dekabrın 23-də “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin...