CƏMİYYƏT


Mənzillərdən oğurluq edən qadın saxlanılıb

Qaradağda mənzildən naməlum şəraitdə külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan Nigar Hüseynova saxlanılıb. Qeyd edək ki, aparılan əlavə tədbirlər nəticəsində onun Yasamal rayonunda daha bir mənzildən oğurluq etdiyi məlum olub. Hazırda həmin oğurluq hadisəsi ilə bağlı da N.Hüseynova barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hər iki oğurluq hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.