CƏMİYYƏT


“Milli Ön” terminalından oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılması və oradan 1059 manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub. “İsti izlər”lə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamran Kərimov saxlanılıb.