CƏMİYYƏT


Xaçmazda yaşayış evində yanğın baş verib

Rayonunun Niyazoba kənd sakini, 41 yaşlı Cərulla Kamalova məxsus ümumi sahəsi 85 kvadrat metr olan birmərtəbəli 3 otaqlı yaşayış evinin bir otağının yanar konstruksiyaları, 15 kvadratmetri və dam hissəsinin 30 kvadratmetri yanıb. Yanğın Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.