CƏMİYYƏT


Xudatda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

“Volvo” markalı yük avtomobili ilə “VAZ-2106” markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlər alıb. Qəzada dünyasını dəyişən minik avtomobilinin sürücüsü 21 yaşlı Həmrayev Anar Xosrov oğludur. Sürücü təcili-tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.