CƏMİYYƏT


Görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 95 illik yubileyi qeyd edilib

Yanvarın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli ictimai xadim, oftalmoloq-alim, tibb elmləri doktoru, professor Zəhra Quliyevanın 95 illik yubileyinə həsr olunan tədbir keçirib. Dövlət qurumları təmsilçilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Zəhra Quliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.