CƏMİYYƏT


Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.