CƏMİYYƏT


AZƏRTAC-ın bir qrup gənc əməkdaşı IDEA Heyvanlara Qayğı Mərkəzində olub

Gənclər Günü münasibətilə AZƏRTAC-ın bir qrup gənc əməkdaşı IDEA Heyvanlara Qayğı Mərkəzinə (IACC) ekskursiya edib. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiyanın gedişində onlar Mərkəzin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.